Əslən Qərbi Azərbaycanın Urmu şəhərindən olan, türk Məsud Pezeşkian 9-cu İran prezidenti olub. Valideynlərinin işi və yaşayış yeri ilə əlaqədar olaraq Pezeşkian Azərbaycanın Savucbulaq (Mahabad) şəhərində doğulub, təhsil alıb. O, kürd dilinin mukriyani ləhcəsində sərbəst danışır və kürd mədəniyyətinə yaxından bələddir.
Pezeşkianın prezident seçilməsi təkcə İranın demokratik ölkə olması üçün deyil, İranda yaşayan türk milləti üçün də çox önəmlidir. Pezeşkian türk etnik kimliyinə sahib olduğunu, türk olması ilə fəxr etdiyini, fars dilinin türklərin doğma və ya əsas dili olmadığını açıq şəkildə bəyan edib.
Pezeşkian türk kimliyini vurğulamaqla və türk olmaqdan qürur duyduğunu ifadə etməklə müasir İran dövlətinin rəsmi ideologiyasına, eləcə də paniranizm və panfarsizm kimi müstəmləkəçi dövlət quruculuğu proseslərinə tarixi zərbə vurdu. Pezeşkian hələ parlamentin sədr müavini olarkən “Türkdilli Bölgələr Fraksiyası”nın yaradılmasında həlledici rol oynayıb. O, bu fraksiya yarandıqdan sonra onun sədrliyini üzərinə götürüb. İranın hər yerindən və müxtəlif siyasi təmayüllü bütün türklərin nümayəndələrindən ibarət olan bu fraksiya “türk”ün milli adını və kimliyini möhkəmlətməklə yanaşı, İranda yaşayan türklərin milli birliyini gücləndirərək, onları vahid siyasi qüvvə və vahid bir varlığa çevirdi.
Beləliklə, “Türkdilli Bölgələr Fraksiyası” Türklənin Qacar Dövlətinin devrilməsindən sonra İranın siyasi səhnəsində müstəqil türk etnik-milli ünsürü yenidən meydana çıxdı. Lakin ötən əsr boyu İran dövləti və fars millətçiləri müstəqil siyasi amil və güc kimi “türk”ü İran siyasi səhnəsindən silməyə çalışırdılar. Pezeşkian nəşrlərində, müsahibələrində və debatlarında daim vətəndaşların fundamental azadlıqlarını və qadınların hüquqlarını, milli və dini qrupların hüquqlarını, federalizmin bir forması olan dövlət sisteminə keçidi müdafiə edirdi. O, qeyri-fars xalqlara tətbiq edilən rəsmi farslaşdırma siyasətinə, eləcə də milli, etnik, dini və cinsi ayrı-seçkiliyə, institusional ayrı-seçkiliyə qarşı kəskin etirazını bildirib.
Pezeşkian İran dövlətinin türklərə qarşı linqvistik və milli soyqırımını, nəşrlərdə və mediada türklərə qarşı kini, aşağılayıcı təsvirləri pisləyib. Pezeşkiyan məktəblərdə türklərə türk dilində, eləcə də və digər millət və azlıqlara öz dillərində təhsil verilməsinin zəruriliyini israr edib. O, həmçinin Türkiyə və Azərbaycan
Respublikası ilə dostluq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Bu səbəblərə görə Pezeşkianın adı hələ prezident seçilməzdən əvvəl türklərin milli tarixində mühüm və müsbət bir şəxsiyyət kimi qəbul edilib və bu səbəbdən də Məsud Pezeşkian ən çox türk bölgələrindən səs toplayaraq, İranın yeni prezidenti seçildi.
Pezeşkiana ilk zəng və dəvət İlham Əliyevdən gəldi
Azərbaycan Prezidenti İlham Əliyev seçkinin nəticələri bəlli olandan dərhal sonra Məsud Pezeşkianı İranın yeni prezidenti seçilməsi münasibətilə təbrik edib. Onu ölkəmizə səfərə dəvət edib. Yəni həm təbrik, həm də dəvət ilk olaraq İlham Əliyevdən gəlib. İranlı həmkarını yeni vəzifəyə seçilməsi münasibətilə ürəkdən təbrik edən İlham Əliyev təbrik məktubunda Azərbaycan ilə İran arasında ortaq dini-mədəni köklər, dostluq və qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət verdiyini vurğulayıb:
“Bu gün qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişaf istiqamətlərinə dair əldə edilmiş razılaşmalar, icra olunan birgə layihələr ölkələrimizin rifahına, bütövlükdə regionun davamlı inkişafına və təhlükəsizliyinə xidmət edir.
Əminəm ki, birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafeləri naminə Azərbaycan ilə İran arasında ənənəvi dostluq münasibətlərinin daha da
möhkəmlənməsinə, qarşılıqlı maraq doğuran əməkdaşlığın genişlənməsinə nail olacağıq”.
Azərbaycan Prezidenti İlham Əliyevin dəvətindən sonra Məsud Pezeşkian da Əliyevi İrana dəvət edib. Hər iki lider dəvəti məmnunluqla qəbul edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranda prezident seçkilərində qalib gələn Məsud Pezeşkianın türk olduğunu açıqlayıb. Bu barədə Türkiyə lideri
Almaniyadan qayıdarkən təyyarədəjurnalistlərə bildirib. “Məsud Pezeşkian əslində türkdür. Məsələn, Təbrizdə türkcə danışır. Amma kürdlərin məskunlaşdığı bölgələrə gedəndə orada da kürdcə danışa bilir”, - Ərdoğan qeyd edib. O əlavə edib ki, İranın yeni prezidenti ilə əlaqə saxlayacaq və onu seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edəcək.
Türkiyə prezidenti həmçinin ümidvar olduğunu bildirib ki, Ankara və Tehran hər cür xarici siyasi əlaqələri bundan sonra da inkişaf etdirəcək. Ardınca isə cənab
Ərdoğanın İran prezidenti ilə telefonla danışdığı açıqlandı.
Bu arada qeyd edək ki, İrandakı seçkilərin ilkin nəticələri açıqlanan kimi ABŞ mövqeyini ortaya qoydu. Dövlət Departamenti “TASS”ın sorğusuna cavab olaraq bildirib ki, İranda baş tutan prezident seçkisinin nəticələri ABŞ-ın bu ölkə ilə bağlı siyasətinə təsir göstərməyəcək.
“Seçkinin İrana yanaşmamıza ciddi təsiri olmayacaq. Vaşinqtonun Tehranla bağlı narahatlığı dəyişməz olaraq qalır”, - Dövlət Departamentinin nümayəndəsi agentliyə bildirib.“Mən türkəm, atam-babam da Türkdür və Türkluğumla fəxr edirəm” deyən
Pezişkianım İran prezidenti seçilməsi Azərbaycana nə vəd edir?
Politoloqlar Pezeşkianın prezident seçilməsi ilə İranda yeni siyasi dönəmin başlaya biləcəyinə ümid edirlər. Belə ki, Pezeşkianın Türk olması yenicə
mülayimləşən Azərbaycan-İran münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyinə, o cümlədən İran Türklərin milli hüquqlarıyla bağlı problemlərin həllinə diqqət artırıb.
“Prezident İlham Əliyevin yeni seçilmiş prezident Məsud Pezeşkianı Azərbaycana səfərə dəvət etməsi yerində idi. Türklərin İranın dövlət başçısı seçilməsi iki ölkə arasındakı münasibətlərə yeni nəfəs verə bilər”.
“Yeni prezident fəaliyyətə başladıqdan sonra biz münasibətlərin daha da inkişaf etdiriləcəyini gözləyirik”.
Bunu isə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov yerli jurnalistlərə açıqlamasında deyib.Nazirin sözlərinə görə, Azərbaycan İranla münasibətlərin inkişafında maraqlıdır.
“İran bizim böyük qonşumuzdur. Ölkələrimiz arasında tarixi əlaqələr mövcuddur. Gələcəyə baxış proqramımız var. İnanırıq ki, münasibətlər daha da inkişaf edəcək”, - Ceyhun Bayramov əlavə edib.
Qeyd edək ki, seçkidən cəmi 3 gün sonraİran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi və nazir köməkçisi Müctəba Dəmirçilu İran mediasına açıqlamasında bildirdi ki, Azərbaycanın İrandakı səfirliyi tezliklə yenidən fəaliyyətə başlayacaq.
Diplomat Azərbaycanın İrandakı səfirliyinin yaxın günlərdə - 15-20 gün ərzində yenidən açılacağını qeyd edib.
Məsud Pezeşkian kimdir?
Məsud Pezeşkian 29 sentyabr 1954-cü ildə Qərbi Azərbaycan əyalətinin Savucbulaq (Mahabad) şəhərində anadan olub. O, ibtidai təhsilini doğma şəhərində aldıqdan sonra əyalət mərkəzi Urmiya şəhərinə gedib və Urmiya Kənd Təsərrüfatı Kollecindən qida sənayesi diplomunu alıb.
1973-cü ildə Sistan və Bəlucistan əyalətində hərbi xidmətdə olan azərbaycanlı siyasətçi 1975-ci ildə təcrübi elmlər sahəsində yenidən təhsilə başlayıb və 1976-cı ildə Təbriz Tibb Elmləri Universitetinə daxil olub.
1985-ci ildə ümumi tibb təhsilini bitirib və Tibb Universitetində fiziologiya müəllimi kimi dərs deyib.
1990-cı ildə Təbriz Tibb Elmləri Universitetində ümumi cərrahiyyə, daha sonra 1993-cü ildə İran Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə yüksək ixtisas alıb və dərhal Təbrizin “Şəhid Mədəni” Ürək Xəstəxanasında işə başlayıb, daha sonra həmin xəstəxananın rəisi olub.
Pezeşkian həmçinin Amerikanın Harvard Universitetində və İngiltərədə menecment kursları keçib.
O, Məhəmməd Xatəminin prezidentliyi dövründə səhiyyə nazirinin müavini, daha sonra səhiyyə naziri vəzifəsində çalışıb.
Məsud Pezeşkian İranın 8,9,10,11 və bu il keçirilən 12-ci dövr parlament seçkilərində qalıb gəlib, Təbriz, Tufarqan (Azərşəhr) və Üskü şəhərlərinin millət vəkili olub.
Türk siyasətçi müxtəlif dövrlərdə İran parlamentinin Səhiyyə Komissiyasının üzvü, rəhbəri və parlament sədrinin birinci müavini vəzifələrini yerinə yetirib.
2013 cə 2021-ci illərdə prezident seçkilərində qeydiyyatdan keçən Məsud Pezeşkian son anda namizədliyini geri götürüb.
O, 1 iyun 2024--cü ildə, Daxili İşlər Nazirliyində 14-cü prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib, iyunun 9-d onun namizədliyi Nəzarət Şurası (Şurayi Nigəhban) tərəfindən təsdiq edilib.
M.Pezeşkian ailəli olub, 4 övladı var, həyat yoldaşı 19 il əvvəl dünyasını dəyişsə də o bir daha evlənməyib.
İslahatçı siyasi cərəyana mənsub olan Təbrizin İran parlamentindəki millət vəkili mühafizəkar siyasi cərəyan üzvləri
arasında da nüfuza sahibdir. Uzun illər hakimiyyətdə təmsil olunmasına, yüksək vəzifələr tutmasına baxmayaraq adı repressiya və korrupsiya əməllərində hallanmayıb.